Cümə axşamı, 02 May

"İran rejimi dağılır - Güney azərbaycanlıları payızda ayağa qalxacaq"

image

“Molla rejiminin sıradan çıxarılması, İranın hərbi hazırlıqlarına son qoyulması Qərb dövlətlərinin hədəfindədir. Ölkənin daxilindəki inqilabçılar da xaricdən belə bir dəstəyin və təzyiqin olmasını gözləyirlər. Odur ki, həm daxildən, həm də xaricdən İran rejiminə qarşı ciddi müqavimətin təşkil olunacağını deyə bilərik”.

Bu fikirləri İrandakı son vəziyyəti şərh edən politoloq Qabil Hüseynli səsləndirib.

 

O bildirib ki, İran rejimi hədsiz represiyalara əl atır və bununla da çoxmillətli çıxışların qarşısını ala bilir:

“Amma anti-rejim etirazlarının dayandığını düşünmürəm. İran rejimi represiya və ya digər yollarla üsyançıların, eləcə də milli azadlıq hərəkatı üzvlərinin çıxışlarına son qoya bilməz. Məsələn, Güney azərbaycanlılarının payıza doğru ayağa qalxacağı gözlənilir. Üstəlik, İranın müxtəlif yerlərində, eləcə də Təbrizdə inqilabi çıxışları divarlara yapışdırırlar. Eyni zamanda Bəzz qalasına yığışaraq Güney Azərbaycanın müstəqilliyini tələb edirlər. Bundan başqa İranda bəlucilər kifayət qədər fəaldırlar. Etirazların böyük hissəsi cümə namazından sonra baş verir. Rejim isə bu etirazları polis gücünə çərçivədə saxlamağa çalışır. Odur ki, fars-molla rejiminə qarşı etirazların dayandığını düşünmürəm”.

Politoloqun sözlərinə görə, irana qarşı beynəlxaql qüvvələrin koalisiyası formalaşmaqdadır:

“Bu proseslərə İsrail və ABŞ başçılıq edir. Onlar İranın nüvə hazırlıqlarına son qoymaq üçün Tehrana qarşı hərbi əməliyyatların başlanacağına dair mesajlar verirlər. Yəni indiki molla rejiminin sıradan çıxarılması, İranın hərbi hazırlıqlarına son qoyulması Qərb dövlətlərinin hədəfindədir. Bu, getdikcə daha da aktuallaşır. Görünür, ölkənin daxilindəki inqilabçılar da xaricdən belə bir dəstəyin və təzyiqin olmasını gözləyirlər. Odur ki, həm daxildən, həm də xaricdən İran rejiminə qarşı ciddi müqavimətin təşkil olunacağını deyə bilərik”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15